Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatıb


12:22     30 İyun 2019 2019/06/32A53302-501F-491E-B06D-CE044567AED7_1561883331.jpeg

Hazırda paytaxt Bakıda və bir sıra bölgələrdə küləkli hava şəraiti müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az -a bildirilib ki, Qərb küləyi arabir Naftalanda 32 m/s, Mingəçevirdə 28 m/s, Gəncədə 24 m/s, Bərdə, Ağstafada 16 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 19-28 m/s-dək güclənib.

Neft Daşları Stansiyasının məlumatına əsasən Xəzər dənizində dalğanın hündürlüyü 4,5 metrə çatıb. Havanın temperaturu ayın 29-u ilə müqaisədə 8-10 dərəcə aşağı enib.

Femida.az

Açar sözlər:

Oxunub: 392