ŞOK HADİSƏ: Göydən naməlum obyekt düşdü - FOTOLAR


18:11     01 İyul 2019 19_07_01_1561983124.jpg

Kiprin paytaxtı Nikosiya yaxınlarına naməlum obyekt düşüb.

Femida.az yerli mənbələrə istinadən xəbər verir ki, hadisə zamanı partlayış səsləri eşidilib, ardınca isə ərazidə güclü yanğın başlayıb. Ərazi dərhal təhlükəsizlik əməkdaşları tərəfindən mühasirəyə alınıb. Hadisə tələfatsız ötüşüb.

Rəsmi dairələrin məlumatına görə, naməlum obyekt kosmik aparata və ya raketə bənzəyir. Hadisənin dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.


Açar sözlər:

Oxunub: 496