"Qızıl Xaç" Dilqəm və Şahbaza baş çəkib
20:09 01 İyul 2019
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkiblər.
Femida.az xəbər verir ki, bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
Onun sözlərinə görə, növbəti başçəkmə iyun ayında baş tutub: "BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın”.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Femida.az
Oxunub: 349
Oxşar xəbərlər
- Qızılağac Milli Parkının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb
- Qızılağac Dövlət Təbiət Qoruğunda baş verən yanğın söndürülüb
- Qızılağac Milli Parkında yanğın başlayıb
- Qızıl və gümüş nişanla təltif olunan məktəb məzunlarının adları açıqlandı - SİYAHI
- Qızıl Aypara Cəmiyyətinin vəzifəli şəxslərinə cinayət işi açıldı
- Qızıl Aypara Cəmiyyətinin Bərdə Bölməsində araşdırmalara başlandı
- Qızıl və gümüş satışından 186,5 milyon gəlir əldə edilib
- Qızılağac Dövlət Təbiət Qoruğunda yanğının qarşısı alınıb
- Qızılağac Milli Parkında yanğın başlayıb
- Qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub