Bakı sakini bir gündə iki cinayət törətdi
15:59 19 May 2015
Bakıda yol qəzası törədən sürücülər arasında dava düşüb.
APA-nın məlumatına görə, hadisə Binəqədi rayonu 28 May qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Ramik Tərlan oğlu Nəsirov idarə etdiyi “Mercedes” markalı avtomobillə qonşusu, 1981-ci il təvəllüdlü Zamiq Çingiz oğlu Budaqovun idarə etdiyi 99-EF-301 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobili arxadan vurub.
Daha sonra R. Nəsirov Z. Budaqovu döyərək ona xəsarət yetirib.
Z. Budaqov faktla bağlı polisə ərizə ilə müraciət edib.
Polis ərizə üzrə araşdırma aparmaq üçün hər iki şəxsi bölməyə çağırıb, ifadələrini alaraq, onları sərbəst buraxıb.
Bundan sonra Z. Budaqov yaşadığı küçədə qonşusu R. Nəsirovu bıçaqlayaraq ağır bədən xəsarəti yetirib. R. Nəsirov xəstəxanaya yerləşdirilib.
Oxunub: 693
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Bakıda usta işlədiyi evdə intihar etdi
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb