Gürcüstan-Azərbaycan sərhəd məsələsi təxirə salındı


17:14     05 İyul 2019 iran%20serhed.jpg

Gürcüstan-Azərbaycan sərhədlərinin razılaşdırılmamış hissələrinə ekspertlərin baxışı qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Məlumata əsasən, bu barədə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani bildirib.


“Biz gündəlik olaraq təşkilati və texniki məsələlərlə əlaqədar azərbaycanlı tərəfdaşlarımızla əlaqə saxlayırıq. Ekspertlərin razılaşdırılmamış ərazilərə gəlməsi və baxış keçirməsi vəziyyətin öyrənilməsi baxımından önəmli fürsət olacaq. İkinci mərhələ ilə bağlı biz öz həmkarlarımızla müzakirələr aparmağa hər an hazırıq”, - D. Zalkaliani vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 578