Terminologiya Komissiyası valideynləri övladlarına mənası anlaşılmayan adlar qoymamağa çağırıb


17:43     08 İyul 2019 ovladliga%20verilibbb.jpg

Nazirlər Kabineti yanında Terminologiya Komissiyası valideynləri övladlarına mənşəyi bilinməyən və mənası anlaşılmayan adları qoymamağa çağırıb.


Femida.az-ın məlumatına görə, Komissiyanın sədr müavini, professor Sayalı Sadıqova “Report”a açıqlamasında deyib ki, yenidoğulan körpələrə ad seçən valideynlər daha çox mənşəyi bilinməyən adlara meyil edirlər:

“Məsələn, elə valideynlər var ki, övladlarına Alita, Adel, Amelya, Alfina, Efran, Madelin kimi mənşəyi bilinməyən adlar qoymağa çalışırlar. Təbii ki, bu adların heç birisinin mənası yoxdur. Biz valideynləri övladlarına mənası anlaşılmayan və mənşəyi bilinməyən adlar qoymamağa çağırırıq”.

Qeyd edək ki, iyun ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 32 müraciətə baxılıb. Həmin adlardan 18-nin qoyulmasına qadağa qoyulub.

Açar sözlər:

Oxunub: 386


Oxşar xəbərlər