Göyərçinləri yemləyənlər cərimələnəcək - Rusiyada


11:04     09 İyul 2019 19_07_09_1562655870.jpg

Rusiyanın Maqadan şəhərində göyərçinləri yemləyənlər 2,5 mindən 5 min rubladək cərimə ediləcəklər.

“RİA Novosti” xəbər verir ki, Maqadan meriyasının əməkdaşları bununla bağlı şəhərin müxtəlif rayonlarında xəbərdarlıq lövhələri quraşdıracaqlar.



Şəhər İcra Hakimiyyəti hesab edir ki, quşlar tullantıların yayılmasına kömək edir, göyərçin peyini isə bələdiyyənin quraşdırdığı bədii obyektləri korlayır.

Maqadanlılar meriyanın bu addımını birmənalı qarşılamayıblar.

Açar sözlər:

Oxunub: 371


Oxşar xəbərlər