Azərbaycanda yeni qanun layihəsi hazırlanır - Soyadlarla bağlı
14:33 09 İyul 2019
“Azərbaycanda soyadların hüquqi cəhətdən tənzimlənməsi ilə bağlı yeni qanun layihəsi hazırlanır”.
Femida.az xəbər verir ki, bunu Report-a açıqlamasında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.
O bildirib ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyası yeni soyadların verilməsi və dəyişdirilməsinə görə edilən müraciətləri baxılması üçün Ədliyyə Nazirliyinə göndərib.
S.Sadıqovanın sözlərinə görə, Ədliyyə Nazirliyinin soyadların hüquqi cəhətdən tənzimlənməsi ilə bağlı hazırlayacağı yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq: “Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya edilən müraciətlərə Ədliyyə Nazirliyi tərəfindən baxıldıqdan sonra yekun rəy veriləcək. Hazırda bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən yeni qanun layihəsi hazırlanır. Həmin layihənin Milli Məclisə təqdim olunacağı gözlənilir. Çünki dəyişdirilməsi üçün müraciət olunan həmin soyadlar hüquqi cəhətdən tənzimlənməlidir. Biz hazırda soyadlarla bağlı edilən müraciətlərə nə müsbət, nə də mənfi cavab verə bilmirik. Çünki bu, araşdırılmalı və müxtəlif prosedurlardan keçməlidir. Biz bunları sənədləşdirib Ədliyyə Nazirliyinə göndərmişik. Axı hər kəs öz istədiyi soyadı götürə bilməz. Onun dəyişmək istədiyi soyadı araşdırılmalı və kökü müəyyən olunmalıdır".
Femida.az
Oxunub: 474
Oxşar xəbərlər
- Azərbaycanda ötən ay ad, soyad və soyad sonluğunu dəyişdirənlərin sayı açıqlanıb
- Uşağa hansı hallarda ananın soyadı verilir?
- Azərbaycanda 2308 nəfər soyad sonluğunu dəyişdirib
- Valideynlərin soyadı müxtəlif olduqda uşağa kimin soyadı verilməlidir? - HÜQUQİ YARDIM
- Nikahından sonra xarici pasportunda soyadı dəyişməyən şəxs ölkəni tərk edə bilərmi?
- “Erməni soyadlı Rusiya vətəndaşları Azərbaycana gəlməzdən əvvəl səfirliyə məlumat verməlidirlər” - XİN başçısı
- Bəşər Əsədin əsl soyadı açıqlandı
- 18 yaşına çatmamış uşağın ad-soyadı dəyişdirilə bilərmi? - QANUN
- Rayon adlarını soyad kimi götürmək dəbə minib - İlk yerdə Qazaxdır
- Məmmədov və Əliyev Gürcüstanda ən çox yayılmış soyadların ilk üçlüyünə daxil olub