Silahlı iki qardaş saxlanıldı - Şəmkirdə əməliyyat
15:16 11 İyul 2019
İyulun 10-da saat 12 radələrində Bakı-Qazax yolunun 380-ci kilometrliyində - Şəmkir rayonu ərazisində “BMW” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postunda ona “Saxla” işarəsi verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, lakin nəqliyyat vasitəsinin sahibi tabeçilik göstərməyərək hərəkətə davam edib. Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobil Könüllü kəndi ərazisində məcburi qaydada dayandırılıb.
Sənədlərini təqdim etmək tələb olunarkən sürücü və sərnişinin şübhəli davranışları, həyəcanlı halda olmaları yol polisi əməkdaşlarının diqqətindən yayınmayıb. Avtomobilə baxış zamanı onların bu gərginliyini səbəbi məlum olub.
Belə ki, yük yerinə baxış zamanı oradan “AKM” markalı silah və 1 ədəd patron darağı aşkar edilərək götürülüb. Nəqliyyat vasitəsinin sürücüsü, Gəncə şəhər sakini A.Hüseynov və sərnişini olan qardaşı H.Hüseynov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Araşdırma aparılır.
Femida.az
Oxunub: 462
Oxşar xəbərlər
- Silahlılar kəndə hücum edərək bir körpəni öldurüb, xəsarət alanlar var
- Silahlı Qüvvələrin hərbçiləri “İgidliyə görə” medalı ilə təltif edilib - SİYAHI
- Silahlı Qüvvələr Günü ərəfəsində gənc əsgərlərlə görüş keçirilib
- Silahlı Qüvvələrin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinə dəyişiklik edilib
- Silahlı Qüvvələrdə törədilən cinayətlərin sayı açıqlanıb
- Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin miqdarı məlum oldu
- Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlandı
- Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi olub
- Silahlı Qüvvələrin Yardım Fonduna toplanan vəsaitin miqdarı məlum oldu
- Silahlı Qüvvələr Gününə həsr olunan konsert proqramı hazırlanıb