İrkutskda matəm elan edildi


09:36     12 İyul 2019 2019/07/40ECC928-9C5D-45F3-9F34-B180C80F0FA8_1562909869.jpeg

Rusiyanın İrkutsk vilayətinin başçısı Sergey Levçenko 12 iyul tarixinin bölgədə Matəm günü elan olunması haqda fərman imzalayıb.

Bu barədə “RİA Novosti” xəbər verib.

Levçenko vilayətin ərazisində bayraqların endirilməsinə də dair göstəriş verib.

Məlumat üçün bildirək ki, iyunun sonlarından İrkutsk vilayəti daşqınlardan əziyyət çəkir. Vilayətin 55 yaşayış məntəqəsində 3000-dən çox ev su altında qalıb. Daşqınlar nəticəsəində 38 minə yaxın insan zərər çəkib, 25 nəfər dünyasını dəyişib.

Femida.az

Açar sözlər:

Oxunub: 380


Oxşar xəbərlər