Əmək pensiyalarının artırılması son oxunuşda təsdiq edildi
12:40 12 İyul 2019
Azərbaycanda əmək pensiyalarının artırılması üçün qanunvericiliyə dəyişiklik edilir.
Femida.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirə edilən “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır. Layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda həmin məbləğə çatdırılmaqla ödənilir”.
Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Femida.az
Oxunub: 391
Oxşar xəbərlər
- Əməkdar mədəniyyət işçisi vəfat edib
- Əməkdar jurnalist Mais Məmmədov reanimasiyaya yerləşdirilib
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyət verilib
- Əmək pensiyaları artırılır - SƏRƏNCAM
- Əmək pensiyaları ilə bağlı VACİB XƏBƏR
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyət verilib
- Əməkdar artist Novruz Qartal vəfat edib
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni vəzifələr verilib
- Əməkdar artist Məcnun Hacıbəyov vəfat edib
- Əməkhaqları və pensiyaların nə qədər artacağı məlum oldu - VİDEO