Türkiyə İraqın şimalında hərbi əməliyyatlara başlayıb


13:30     13 İyul 2019 19_07_13_1563009781.jpg

Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında yerləşən terrorçulara qarşı “Pəncə-2” adı altında hərbi əməliyyatlara başlayıb.

Femida.az -ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Pəncə-2” hərbi əməliyyatları İraqın şimalında yerləşən Hakurk bölgəsində terrorçuların gizləndikləri mağara və sığınacaqlar məhv edilənə qədər davam edəcək.


Əməliyyatlar helikopterlər, qırıcılar və pilotsuz uçuş aparatlarının iştirakı ilə davam edir.

Açar sözlər:

Oxunub: 387