Gürcüstan DİN-dən Keşikçi Dağla bağlı MÜRACİƏT
12:15 15 İyul 2019
Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanla sərhəddə yerləşən Keçikçi Dağı Məbəd-Kompleksi ilə bağlı ölkə ictimaiyyətinə müraciət edib.
DİN vətəndaşları Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın işinə mane olmamağa çağırıb.
Müraciətdə qeyd olunub ki, ötən gün sərhəddə baş verən kiçik insidentlə bağlı araşdırma aparılır: “Biz cəmiyyəti və vətəndaş qruplarını razılığın mümkün qədər tez əldə olunması üçün delimitasiya üzrə komissiyanın işinin sakit mühitdə keçirilməsinə imkan verməyə çağırırıq”.
Qeyd edək ki, ötən gün Keşikçi Dağı Məbəd-Kompleksində bələdçi çalışan vətəndaş azərbaycanlı sərhədçilərin kilsədən ikonaları icazəsiz götürdüklərini iddia edib. Kiçik insident yaransa da, problemin sonradan həll olunduğu bildirilir. / Report
Femida.az
Oxunub: 443
Oxşar xəbərlər
- Gürcüstanda matəm elan olunub
- Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanılıb
- Ceyhun Bayramov Gürcüstana gedib
- Gürcüstan buğda ixracına qadağa qoyur
- Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
- Gürcüstanda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
- Gürcüstanda azərbaycanlı gəncin meyiti tapılıb, yaxınları öldürüldüyünü iddia edir
- Gürcüstanda iki dəfə zəlzələ olub
- Gürcüstandan iki nəfər Azərbaycan vətəndaşı deportasiya edilib
- Gürcüstanda zəlzələ olub