Dindarların aksiyası zamanı iki polis yaralanıb


21:38     06 Noyabr 2015 trend_ppx_police_azerb_.jpg

Ötən gecə Sabunçu rayon Polis İdarəsi qarşısında dindarların aksiyası zamanı iki polis xəsarət alıb.


Bunu Trend-ə açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov deyib.

Onun sözlərinə görə, hər iki polis idarənin qarşısında yaranmış qarışıqlıq zamanı xəsarət alıb: “Polislərin xəsarət almasını Sabunçu rayon Polis İdarəsində saxlanılan dindarlarla görüşüm zamanı öyrəndim. İdarənin qarşısında keçirilən aksiyada daşlardan istifadə zamanı polislər xəsarət alıb”.

Qeyd edək ki, ötən gecə Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində dindarların aksiyası keçirilib. "Müsəlman birliyi hərəkatı" adlanan qurumun idarə heyətinin sədr müavini kimi təqdim olunan Elçin Qasımovun polis tərəfindən saxlanılmasına etiraz edən dindarlar Sabunçu rayon Polis İdarəsinin Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısına yığışıb. E.Qasımovun azad olunmasını tələb edənlərin bir neçəsi polis tərəfindən saxlanılıb.

Açar sözlər:

Oxunub: 993


Oxşar xəbərlər