İki gün əvvəl batan gəncin meyiti sudan çıxarıldı


13:14     16 İyul 2019 2019/07/ilhmm_1563268586.jpg

İyulun 14-də Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun axtarışları başa çatıb.



Femida.az xəbər verir ki, İ.Rəsulzadənən meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, İlham Rəsulzadə dənizə qardaşı ilə birgə getmişdi. Həmin gün çətin vəziyyətə düşən qardaşlardan biri xilas edilsə də, İlhamın axtarışları davam edirdi.

Onlar “Müsavat” partiyasının üzvü Laləzar Məmmədlinin oğlanlarıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 369