“Meqafon” şirkəti saytda ölkəmizə qarşı qərəzli məlumat yerləşdirən əməkdaşlarını cəzalandırıb


21:57     16 İyul 2019 19_07_16_1563297837.jpg

Rusiyanın ən böyük mobil operatoru olan “Meqafon” şirkəti saytda Azərbaycanın ərazi bütövlüyünə qarşı edilən hörmətsizliklə bağlı daxili təhqiqat aparır.
Femida.az -ın verdiyi xəbərə görə, bu barədə “Meqafon” şirkətindən Azərbaycannın Rusiyadakı səfirliyinə daxil olan məlumatda bildrilib.
Qeyd olunub ki. sayta həmin məlumatı yerəşdirməyə məsul əməkdaşlar vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılıb və onları Rusiya Federasiyası Əmək Məcəlləsi çərçivısində dissiplin cəzası gözləyir.
“Meqafon” şirkəti baş vermiş insidentlə bağlı təəssüfləndiyini ifadə edib.

Açar sözlər:

Oxunub: 426


Oxşar xəbərlər