Azərbaycanda ölüm səviyyəsi azalıb


09:26     17 İyul 2019 2018/03/yas-cadir_1521189444.jpg

Bu ilin 5 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56 254 doğulan körpə qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,7) qalıb.



Bu barədə Femida.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Körpələrdən 1 238-i əkiz, 36-sı isə üçəm doğulanlardır. Cari ilin yanvar-may aylarında ölkədə 24 690 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə ölüm səviyyəsi 6,2-dən 6,0-a düşüb.

Femida.az

Açar sözlər:

Oxunub: 306