Müsabiqəyə 7 minə yaxın vakant müəllim yeri çıxarılacaq


21:14     18 İyul 2019 19_07_18_1563470198.jpg

Müəllimlərin işə qəbulu müsabiqəsinə ilkin mərhələdə 7 minə yaxın vakant yer çıxarılacaq.

Femida.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, yeni yaranan yerlər əlavə yerləşdirmə mərhələsi üçün elan ediləcək:

"İyulun 24-dən sonra apelyasiya prosesi həyata keçiriləcək, test imtahanları ilə bağlı müraciətlərə baxılacaq. Sonra vakant yer seçimi prosesi keçiriləcək. Vakant yeri qazanmaq hüququ əldə edən şəxslər müsahibəyə dəvət olunacaq”.

Femida.az

Açar sözlər:

Oxunub: 419


Oxşar xəbərlər