İki gün əvvəl dənizdə batan gəncin meyiti tapıldı


15:44     22 İyul 2019 denizdebatmaqyeni.jpg


İki gün əvvəl Xəzər dənizində batan 19 yaşlı şəxsin meyiti tapılıb.


Fövqəladə Hallar Nazirliyindən (FHN) Femida.az-a verilən məlumata görə, iyulun 20-də Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü İsaqov Fərman Məğrub oğlunun axtarışları başa çatıb.

F.İsaqovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 367