Pənah Hüseyn və Tural Abbaslı Baş Polis İdarəsinə çağırıldı


10:53     23 İyul 2019 19_07_23_1563864872.jpg

Qarabağ Komitəsinin iyulun 23-də mitinq keçirilməsi ilə bağlı təşəbüs qrupunun üzvləri – Pənah Hüseyn və Tural Abbaslı bu gün Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq, onlara xəbərdarlıq edilib.

Bu barədə Femida.az -a Bakı Şəhər Baş Polis İdarəsi Mətbuat Xidmətindən məlumat verilib.
İcazəsiz mitinq keçirilməsi ilə bağlı onların diqqətinə çatdırılıb ki, Bakı Şəhər İcra hakimiyyəti ilə razılaşdırılmayan, yaxud sanksiyalaşdırılmayan hər hansı kütləvi tədbirin qarşısı polis tərəfindən qətiyyətlə alınacaq.

Qarşılıqlı müzakirə şəraitində keçirilən görüşdə vurğulanıb ki, polis paytaxtda asayişin, əmin-amanlığın davamlı olması üçün bütün lazımi tədbirləri həyata keçirir.

Açar sözlər:

Oxunub: 504