Azərbaycandan Həcc ziyarətinə getmək üçün kvota dolub
14:13 24 İyul 2019
Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün müəyyən edilən 1400 nəfərlik kvota artıq dolub.
Bu barədə Femida.az-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.
Qeyd olunub ki, adətən Həcc ziyarətinə gedənlərin 40 faizini qadınlar təşkil edir. Bu il də qadın zəvvarların təqribən 40 faiz təşkil edəcəyi bildirilir.
Xatırladaq ki, zəvvarların avqustun 1-dən 6-a qədər Həcc ziyarətinə yola düşmələri, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə yola salınacaqlar.
Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir.
Femida.az
Oxunub: 386
Oxşar xəbərlər
- Səudiyyə Ərəbistanında Həcc ziyarəti adı ilə dələduzluğa görə 15 nəfər həbs edilib
- Azərbaycanda Həcc ziyarətinin təşkili qaydalarına dəyişiklik edilib
- Həcc ziyarətinə icazə verildi - BU ŞƏRTLƏ
- QMİ-dən Həcc ziyarəti açıqlaması
- COVID-19 peyvəndi olunmayanlar Həcc ziyarətinə gedə bilməyəcək
- Bu il üçün Həcc ziyarəti ləğv edildi
- Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər
- Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu ləğv edilməyib
- Mübariz Qurbanlı Həccə getmək istəyənlərə çağırış etd
- Azərbaycandan Həcc ziyarətinə təkrar gedənlərə güzəşt edildi