“Baku-2019”a görə bəzi yollar bağlanır


12:02     25 İyul 2019 yol%20polisi%20masin5.jpg

Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalının velosiped yarışlarının final mərhələsinin keçirilməsi ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək.


Bu barədə Femida.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat bildirib.

O, bildirib ki, bu gün səhər saat 9:00-dan başlayaraq 13:00-dək və 16:00-dan 20:00-dək Bakı-Salyan yolunun 14-cü km - Lökbatan dairəsindən mərkəzə doğru bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətin dəyişdirilməsi nəzərdə tutulur:

"Şıx qəsəbəsi Veloparkdan start götürəcək velosipedçilər üçün Lökbatan dairəsi istiqamətində hərəkət edərək, dairədən dövr etməklə,şəhərin mərkəzinə doğru hərəkət marşurutu nəzərdə tutulub. Salyan şosesi ilə hərəkət edən velosipedçilər Bibiheybət məscidi -Bakı Su İdman Sarayı - Bayraq Meydanının yanından keçməklə Azneft dairəsi, Niyazi, İstiqlaliyyət, Lermantov, Xanlar, Sara Qədimova, Qurban Abbasov küçələrindən keçərək, yenidən Bakı-Salyan yolu ilə Şıx qəsəbəsi Velopark istiqamətində dövr edəcəklər".

V.Əsədov avtomobil sahibləri və sürücülərin nəzərinə çatıdırır ki, alternativ yol kimi, Bakı –Salyan 14-cü km-dən üçüncü kənar dairəvi yoldan keçəməklə Badamdar qəsəbəsinin küçə və prospektlərindən – Mikayl Müşviq , Qurd Qapısı dairəsi, Mətbuat prospekti və s., eləcə də Yasamal rayon ərazisinə düşən küçə və prospektlərdən – Z.Bünyadov, Tiblisi, İnşaatçılar və digər yollar üzrə hərəkət müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 458


Oxşar xəbərlər