Xəzərdə çimmək qadağan edildi - 31 iyuladək


11:32     29 İyul 2019 xezer_denizi_0451.jpg

İyulun 31-ə qədər İranın şimalında Mazandaran vilayətində Xəzər dənizində çimmək qadağan edilib.

Femida.az-;n məlumatına görə, bunu İranın Mazandaran vilayəti sahillərində dənizdə batma hallarına qarşı mübarizə komitəsinin sədri Nəqi Kərimian deyib.

N.Kərimianın sözlərinə görə, Mazandaran vilayətində 60 ərazidə qadağa işarəsi olan qara bayraq sancılıb.

Qeyd edək ki, bu il Xəzər dənizinin Mazandaran sahillərində 10-dan çox şəxs boğulub.

Femida.az

Açar sözlər:

Oxunub: 381