DSX: Təmas xəttində düşmənin təxribatları davam edir


14:56     29 İyul 2019 2019/07/685d3ecf73913e1_1564397895.jpg

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.



DSX-dən Femida.az-a bildirilib ki, 2019-cu ilin 28 iyul tarixində 22:00 radələrində döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən tərəfindən növbəti dəfə atəşə tutulub.

Düşmən snayperləri tərəfindən açılmış güllələr üzərində “Hərbi tibbi yardım” sözləri yazılmış və qızıl aypara nişanının təsviri olan “UAZ” markalı avtomobilə dəyib.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.


Femida.az

Açar sözlər:

Oxunub: 381