17 yaşlı qız intihar edib - Zaqatalada


16:23     30 İyul 2019 qiz.jpg


Zaqatalada 17 yaşlı qız intihar edib.


Femida.azu gün rayonun Əliabad qəsəbəsində 2002-ci il təvəllüdlü Gülər Vüqar qızı İsmayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki tövlədən asılı vəziyyətdə tapılıb. G. İsmayılovanın intihar etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Zaqatala  

Oxunub: 932