Qaradağlıda silahlar aşkar edildi


12:53     31 İyul 2019 2019/07/67759-1564561553_1564563336.jpg

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, iyulun 30-da daxil olmuş məlumat əsasında Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Qaradağlı kəndi ərazisindən 16 kalibrli “Tula” və “Toz” markalı tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirlir.

Femida.az

Açar sözlər:

Oxunub: 567