Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi 11%-ə düşüb


18:04     01 Avqust 2019 19_08_01_1564665292.jpg


Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il iyulun 1-nə 1 486,5 milyon manat təşkil edib.


Femida.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 0,5% azdır.

İlin əvvəlinə nisbətən problemli kreditlər 6,2%, son 1 ildə isə 14,85% azalıb.

İyunun sonuna vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 11% olub. Bu nisbət mayın sonuna 11,3%, ötən ilin sonuna 12,2%, ötən il iyunun sonuna isə 14,4% təşkil edib.

Femida.az

Açar sözlər: #kredit  

Oxunub: 342