Xəzərdə 30 yaşlı qadın boğuldu - Uşaq xilas edilib
17:47 03 Avqust 2019
Bakıda daha bir boğulma hadisəsi olub.
Femida.az-ın xəbərinə görə, hadisə Xəzərin Türkan qəsəbəsi ərazisində qeydə alınıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Təcili tibbi yardıma çağırış saat 15:26-da daxil olub və iki nəfərin suda boğulması bildirilib:
"Həkimlər hadisə yerinə gəldikdə suda boğulanların 5 yaşlı oğlan və 30 yaşlı qadın olması müəyyən olub. Qadın dünyasını dəyişib, uşağı həkimlərin səyi nəticəsində həyata qaytarmaq mümkün olub. Ağır vəziyyətdə olan uşaq 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına çatdırılıb. Təcili yardımdan verilən məlumata görə, lazımi yardımdan sonra uşağın 3 saylı xəstəxanaya keçirilməsi planlaşdırılır", - Nazirlikdən bildirilib.
Femida.az
Oxunub: 630
Oxşar xəbərlər
- Xəzərdə dalğanın hündürlüyü 2,4 metrə çatıb - FAKTİKİ HAVA
- Xəzərdə dalğanın hündürlüyü 3,6 metrə çatıb - FAKTİKİ HAVA
- Xəzərdə “Azərsu”nun 640 min manatlıq əmlakını oğurlayan şirkət rəhbərlərinə hökm oxunub
- Xəzərdə zəlzələ olub
- Xəzərdə zəlzələ olub
- Xəzərdə zəlzələ olub
- Xəzərdə zəlzələ olub
- Xəzərdə sərhədimizi pozmaq istədilər - Xəbərdarlıq atəşi açıldı
- Xəzərdə zəlzələ oldu
- Xəzərdə zəlzələ olub