“Sədərək”də zəhərlənən 15 nəfər DİN və FHN işçisidir


09:38     05 Avqust 2019 sederek.jpg

Dünən “Sədərək” Ticarət Mərkəzində baş verən yanğın zamanı təcili tibbi yardıma müraciət edənlərin ümumi sayı 16 nəfər olub.


Səhiyyə Nazirliyindən Femida.az-a daxil olan məlumata görə, onlardan 6-na yerində yardım edilib. 10 nəfər Kliniki Tibbi Mərkəzə aparılıb.

Onlardan biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır. Qalanlar isə yanğının söndürülməsində iştirak edən FHN və DİN əməkdaşlarıdır.

Müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 391