Kürdəmirdə 42 yaşlı qadını ilan sancıb


11:58     06 Avqust 2019 610x380xilan.JPG.pagespeed.ic.dMsB1YOkah.jpg

Kürdəmir rayonunda 42 yaşlı qadını ilan sancıb.


Hadisə rayonun Qarasu kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 42 yaşlı Teyyubova Məhluqə Ağaxan qızı pambıq tarlasında işləyərkən onu gürzə ilanı sancıb.

Ətrafdakıların köməyi ilə yaralını dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəyə ilan zəhəri əleyhinə zərdab vurulub.

Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 418


Oxşar xəbərlər