“Səhra mətbəxi” müsabiqəsi davam edir


13:49     06 Avqust 2019 2019/08/ce68b-3130163666_1565085037.jpg

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Moskvanın Alabino poliqonunda keçirilən “Səhra mətbəxi” müsabiqəsində Azərbaycanın hərbi aşpazlarının iştirakı davam edir.

Femida.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, müsabiqənin mərhələlərində hərbi aşpazlar müxtəlif çeşidli milli yeməklərin hazırlanması üzrə məharətlərini nümayiş etdirir, həmçinin qonaqların marağına səbəb olacaq təamların hazırlanması üzrə “usta dərsləri” də keçirirlər.

“Səhra mətbəxi” müsabiqəsinin hakimləri hərbi aşpazlar tərəfindən hazırlanan milli mətbəx nümunələrinin dadına baxaraq qiymətləndirmə aparırlar.

Femida.az

Açar sözlər:

Oxunub: 320


Oxşar xəbərlər