Snayperlərimiz yarımfinala çıxdı


19:05     08 Avqust 2019 19_08_08_1565276822.jpg

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsində iştirak edən snayperlərimiz yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Püşkatmanın nəticələrinə əsasən yarımfinal yarışlarına komandamız dördüncü qatılacaqdır.

Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, növbəti mərhələyə hazırlıq dövründə komandalar atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə təhkim edilən silahlardan sınaq və sıfırlama atışları ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 385


Oxşar xəbərlər