Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırır
11:08 12 Avqust 2019
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları çatdırılır.
Femida.az xəbər verir ki, ətlik cins heyvanlar xüsusi ət kəsimi yerlərində kəsilərək hər bir ailə üçün ayrı-ayrılıqda qablaşdırılıb. Heydər Əliyev Fondunun əməkdaşları və Fondun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri respublika üzrə ünvanlı sosial yardım alan, eləcə də aztəminatlı ailələlərə bayram sovqatları çatdırıb. Bayram sovqatlarının paylanılması avqustun 13-dək davam edəcək. Ümumilikdə 70 minə yaxın ailənin bayramı təbrik edilərək onlara Qurban bayramı münasibəti ilə qurban payları çatdırılacaq.
Qeyd edək ki, Heydər Əliyev Fondunun nümayəndələri mütəmadi olaraq müxtəlif bayramlarda aztəminatlı ailələrə baş çəkərək onlara Fondun adından sovqatlar təqdim edir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə aztəminatlı ailələr üzrə dövlət siyasətinə töhfə vermək məqsədi daşıyır.
Femida.az
Oxunub: 405
Oxşar xəbərlər
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Heydər Əliyev adına Sarayın direktoru işdən çıxarılıb
- Heydər Əliyev prospektində maşın aşıb
- Heydər Əliyev prospektində yol qəzası baş verib
- Heydər Əliyev Fondu Mirmahmud Mirəlioğlunun müalicəsini öz üzərinə götürüb
- Heydər Əliyev əmanəti Azərbaycan etibarlı əllərdədir
- Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
- Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi təsdiqləndi - SİYAHI
- Heydər Əliyev Beynəlxalq Aeroportu ən yüksək reytinqə layiq görülüb
- Heydər Əliyev prospekti istiqamətində hərəkət məhdudlaşdırılacaq