Yanğınla bağlı ilk həbs


22:25     19 May 2015 yanqin7.jpg

Bakıda yaşayış binasında baş verən dəhşətli yanğınla bağlı şirkət rəhbəri tutulub.


Bu gün Bakının Binəqədi rayonunda baş verən yanğın hadisəsi ilə bağlı qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.

Bu barədə Femida.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, bu gün saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb ediliblər. Hadisə yerinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının və paytaxtın polis orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Açar sözlər:

Oxunub: 1149


Oxşar xəbərlər