Nazir məktəbəhazırlıq qrupları ilə bağlı - ƏMR İMZALADI


13:18     15 Avqust 2019 2019/08/edadb068-6b19-4079-993f-c0707e619c73_1565860114.jpg

Təhsil naziri Ceyhun Bayramov 2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb.


Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, əmrə əsasən, məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu avqustun 26-dan başlayacaq.

Proses sentyabrın 25-dək davam edəcək. Məktəbəhazırlıq qruplarına sənəd qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 2014-cü ildə anadan olmuş uşaqlar qəbul olunurlar.

Femida.az

Açar sözlər: #təhsil  

Oxunub: 827