Gələn il vahid məktəbli formalarında yenilik olacaq


16:37     19 Avqust 2019 19_08_19_1566213835.jpg


Yeni tədris ilində ümumi təhsil müəssisələrində məktəbli formasının tətbiqində dəyişiklik olmayacaq.

Təhsil Nazirliyindən Femida.az-a daxil olan məlumata görə, vahid məktəbli formasının tətbiqi 2020-2021-ci tədris ilindən nəzərdə tutulur.

Təhsil Nazirliyində qeyd olunan məsələ ilə bağlı İşçı Qrupu yaradılıb. Bununla əlaqədar Bakı Tikiş Evinə müraciət olunub, hazırda müvafiq işlər aparılır, dizaynerlər tərəfindən formaların ilkin variantı hazırlanmaqdadır. Yeni məktəbli formasının dizayn layihəsi ictimai rəyə çıxarılacaq, bu zaman valideyn, müəllim və şagirdlərin rəyinə üstünlük veriləcək.

Yekun rəydən sonra 2020-2021-ci tədris ilindən ölkənin ümumtəhsil məktəblərində yeni vahid məktəbli forması tətbiq olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 635