Qonşuların fişəngə görə döydüyü oğlanla bağlı - Rəsmi açıqlama


14:55     27 Avqust 2019 19_08_27_1566903378.jpg


Daxili İşlər Nazirliyi avqustun 25-də gecə saat 1 radələrində Binəqədi rayonunun A.Məmmədov küçəsində pirotexniki vasitə partladan şəxslə bağlı məlumat yayıb.


DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, sakinləri narahat edən həmin şəxs ərazidə xidmət aparan 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini E.İsmayıllı olduğu müəyyən edilib.

E.İsmayıllı barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

Xatırladaq ki, sözügedən şəxs bu üsulla sevdiyi qıza sürpriz etmək istəyib. Amma bu, bina sakinlərinin narazılığına səbəb olub. Fişənglərin səsindən narahat olan sakinlər həmin şəxsi döyüblər.

Femida.az

Açar sözlər:

Oxunub: 445


Oxşar xəbərlər