DİM 600 və daha yüksək bal toplayan gənclərə müraciət edib
15:15 27 Avqust 2019
Dövlət İmtahan Mərkəzi (DİM) 600 və daha yüksək bal toplayan gənclərə müraciət edib.
Mərkəzdən Femida.az-a verilən məlumata görə, artıq neçə ildir ki, ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması məqsədilə bir sıra tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, bu il də ənənə davam etdiriləcək: "İnformasiyanın ictimaiyyət üçün daha da əlçatan olması üçün abiturient.az saytında ayrıca bir bölmə 600 və daha yüksək bal toplayan gənclərə həsr ediləcək.
Buna görə də yüksək bal toplayan gənclər 2019-cu il avqustun 27-dən etibarən Şəxsi kabinetinin istifadəçi adı və iş nömrəsindən istifadə etməklə abiturient.az saytında təqdim olunan anket-sorğusunu doldurmalıdırlar. Anket-sorğusu yalnız bir dəfə və bütün bəndləri doldurulmalıdır. Nəzərinizə çatdırırıq ki, saytda yalız anket-sorğusunu doldurmuş və "Anket suallarına cavablarınızdan nümunələrin və şəklinizin abiturient.az saytında təqdim olunmasına razısınızmı?" sualına "bəli" cavabını qeyd etmiş gənclər haqqında məlumat veriləcək".
Oxunub: 443
Oxşar xəbərlər
- DİM abituriyentlərə ediləcək güzəştlərin detallarını açıqlayıb
- DİM 25 339 abituriyent üçün qəbul imtahanı keçirəcək
- DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib
- DİM həftəsonu 44 mindən çox şagird üçün imtahan keçirəcək
- DİM bu gün Bakıda dövlət qulluğuna test imtahanı keçirəcək
- DİM tərəfindən növbəti imtahanlar keçirilib
- DİM 26 mindən artıq abituriyent üçün qəbul imtahanı keçirəcək
- DİM 17 mindən artıq bakalavr üçün magistraturaya qəbul imtahanı keçirəcək
- DİM bu gün dövlət qulluqçusu olmaq istəyənlər üçün imtahan keçirəcək
- DİM fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir