“Azərsu”nun apellyasiya şikayətinə baxılıb


03:14     12 Noyabr 2015 cms-image-000010497.jpg


Bakı Apellyasiya Məhkəməsində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Təmiz Həyat” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı apellyasiya şikayəti üzrə məhkəmə işi başa çatıb.
“Report”un məlumatına görə, hakim Ülvi Mayılovun sədrliyi ilə keçirilən iclasda birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, bu il “Təmiz Həyat” ASC-ni məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC aktın etibarsız hesab edilməsi və pulun tələb edilməsinin qanunsuz hesab edilərək silinməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin edib. Qərarla razılaşmayan “Azərsu” apellyasiya şikayəti verib.

Açar sözlər:

Oxunub: 1198