Lökbatanda 2 avtomobil toqquşdu, ölən və xəsarət alanlar var


14:01     29 Avqust 2019 Qeza2.jpg

Avqustun 28-də saat 18 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Nuriyevin idarə etdiyi “Mercedes” və Abşeron rayon sakini K.Məmmədovun idarə etdiyi “VAZ-21019” markalı avtomobillər toqquşub.



Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, nəticədə K.Məmmədovun sərnişinlərindən Sumqayıt şəhər sakini Orxan Allahverdiyev hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 457