Türkiyə Su-57 təyyarələrinin alınması məsələsini Rusiya ilə müzakirə edib


15:27     29 Avqust 2019 19_08_29_1567078092.jpg

Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmayıl Dəmir Moskvada Rusiyanın Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin direktoru Dmitri Şugayevlə görüşüb.



Femida.az -ın xəbərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi heyətlə birgə Rusiyaya səfər edən İsmayıl Dəmir geri dönməyib. Hazırda o, Rusiyada müdafiə sənayesinin ən son texnologiyaları ilə maraqlanır. Həmçinin S-400 ilə əlaqədar Türkiyə hərbçilərinin təlimlər alması və Su-57 döyüş təyyarələri ilə bağlı tərəflər arasında müzakirələr aparılır.

Dmitri Şuqayev İsmayıl Dəmirlə görüşü ilə bağlı açıqlama verərək bildirib ki, türk həmkarı ilə öncə S-400, sonra isə SU-35 və ya SU-57 təyyarələrinin Türkiyəyə satıla biləcəyi ilə əlaqədar məsələlər müzakirə olunub.

Qeyd edək ki, bu təyyarələr texniki xüsusiyyətlərinə görə, fərqli üstünlüklərə malikdir. Su-57 saatda maksimum 2600 kilometr sürətlə, Su-35 isə saatda 931 kilometr sürətlə uçur. Su-57-nin uşuş müddəti 5.8 saat, F-35-in isə 2 saat 36 dəqiqədir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın F-35 təyyarələrinin əvəzinə Rusiya istehsalı olan Su-35 və Su-57 döyüş təyyarələrinin alınacağını istisna etməyib.

O bu barədə qərarın ABŞ prezidenti Donald Trampla telefon danışığından sonra veriləcəyini bildirib. Artıq dünən iki prezident arasında telefon danışığı olub.

Açar sözlər:

Oxunub: 371