Ziyafət Əsgərov MTN olayından danışdı


16:36     12 Noyabr 2015 ziyafet%20es.jpg

Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən hadisələr Azərbaycanın milli təhlükəsizlik sisteminə heç bir təsir etməyib.


Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

MTN ətrafında baş verən olayla əlaqədar hüquq-mühafizə orqanlarında iş getdiyini bildirən viste-spiker qeyd edib ki, baş verən proseslər heç bir halda Azərbaycanın milli təhlükəsizlik sistemini sarsıtmayıb və sarsıda bilməz.

“Milli təhlükəsizlik orqanları öz işləri ilə məşğuldurlar və Azərbaycanın təhlükəsizlik sistemi etibarlı əllərdədir”.

Açar sözlər:

Oxunub: 1389