Elvin İsayev Rusiya vətəndaşlığından çıxarıldı


12:11     01 Sentyabr 2019 19_09_01_1567324365.jpg

Azərbaycanlı bloger Elvin İsayev Rusiya vətəndaşlığından məhrum edilib.

Femida.az xəbər verir ki, bu barədə "Кавказский узел" nəşri məlumat yayıb.

Onun pasportu qanunsuz hesab edilib. Elvin İsayev Rusiya ərazisində qalmaq rejimini pozmaqda günahlandırılıb və 5 min rubl məbləğində cərimələnib. Hazırda o, Leninqrad vilayətində miqrantlar üçün müvəqqəti saxlama mərkəzindədir və Azərbayacana deportasiya edilməsi gözlənilir.

Qeyd edək ki, Elvin İsayev Rusiya vətəndaşlığını 2001-ci ildə Şimali Osetiyada alıb. O, bir müddət əvvəl hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Açar sözlər:

Oxunub: 748