İran Xəzərdə hərbi təlimlərə start verdi


13:05     01 Sentyabr 2019 2019/09/75303BF0-F552-489D-91C4-C21538A12716_1567330637.jpeg

İran ordusunun Hərbi Dəniz Qoşunları Xəzər dənizində "Davamlı Təhlükəsizlik" adlı hərbi təlimlərinə başlayıb.

Femida.az Trend-ə istinadən bildirir ki, hərbi təlimlər sülh və dostluq müraciətini daşıyır. Təlimlərdə məqsəd dənizdə döyüş bacarığının yüksəldilməsidir.

İranın gəmi və uçuş vasitələri, o cümlədən esmineslər, torpedalar, qırıcı təyyarələr və helikopterlər, piyada və komandoslar hərbi təlimdə iştirak edirlər.

Təlimlər 25,8 min dəniz mili ərazisində keçirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 372