Əncir yığmaq üçün bağa icazəsiz girdi, yıxılıb xəsarət aldı


15:02     02 Sentyabr 2019 2019/09/encir-(1)_1567421008.jpg

Bakıda əncir yığmaq üçün bağa icazəsiz daxil olan şəxs yıxılaraq xəsarət alıb.

Femida.az Report-a istinadən xəbər verir ki, Sabunçu rayonunun Maştağa qəsəbə sakini K.Cəfərov gecə saatlarında bağından qışqırtı səsləri eşidib. Bağa düşən zaman o, naməlum şəxsin hasardan tullanan zaman yıxılaraq xəsarət aldığını görüb.

Araşdırma zamanı həmin şəxsin 60 yaşlı M.Rəsulov olduğu məlum olub. M.Rəsulov polisə ifadəsində əncir yığmaq məqsədi ilə bağa daxil olan zaman yıxıldığını bildirib.

Faktla bağlı araşdırmalar davam edtirilir. Yaralı M.Rəsulov isə müalicə olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 521