Səudiyyə Ərəbistanının Kralı Allahşükür Paşazadəni qəbul edib
16:50 02 Sentyabr 2019
İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud Ciddə şəhərində yerləşən Əs-Səlam kral sarayında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.
QMİ-dən Femida.az-a bildirilib ki, əvvəlcə QMİ sədri Kral Əla-həzrətlərinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. Öz növbəsində, Kral Salman Al Səud Şeyxülislam Paşazadədən öz salamlarını İlham Əliyevin çatdırmasını xahiş edib.
Qəbul əsnasında tərəflər iki dost və qardaş dövlət arasında əməkdaşlıq məsələlərini müzakirə edib, İslamın sülh və mötədillik dini olaraq təlim edilməsinin vacibliyi haqda fikir mübadiləsi aparıblar.
Qəbulda Səudiyyə Ərəbistanı tərəfindən Daxili İşlər naziri şahzadə Əbdüləziz bin Səud bin Nəyif bin Əbdüləziz, Kral Divanının müşaviri Səəd Nasir Əl-Şisri, Xarici İşlər naziri İbrahim bin Əbdüləziz Əl-Əssaf və İki Müqəddəs Məscidin Xadiminin xüsusi katibinin köməkçisi Təmim bin Əbdüləziz Əs-Səlim, Azərbaycan tərəfindən isə QMİ sədrinin müavini müfti Salman Musayev və Milli Məclisin üzvü Cavanşir Paşazadə iştirak ediblər.
Femida.az
Oxunub: 608
Oxşar xəbərlər
- Səudiyyə Ərəbistanında Həcc ziyarəti adı ilə dələduzluğa görə 15 nəfər həbs edilib
- Səudiyyə Ərəbistanında ilk qadın zabitlərin buraxılış mərasimi olub
- Səudiyyə Ərəbistanı kralı və vəliəhdi İlham Əliyevi təbrik edib
- Səudiyyə Ərəbistanında üç əsgər edam edildi
- Səudiyyə Ərəbistanı, Asiya və ABŞ üçün neft qiymətlərini artırdı
- Səudiyyə Ərəbistanı Qaşıqçı məsələsi ilə bağlı ABŞ-ın ittihamlarını rədd edib
- Səudiyyə Ərəbistanının şahzadəsi İlham Əliyevi təbrik edib
- Səudiyyə Ərəbistanında helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var
- Səudiyyə Kralı Azərbaycan Prezidentini təbrik edib
- Səudiyyəli nazir “ASAN xidmət”də