İxtisas seçimi başa çatıb


09:13     03 Sentyabr 2019 2019/01/dim_yeni_1548059111.jpg

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatıb.

Dövlət İmtahan Mərkəzindən Femida.az-a verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə internet vasitəsilə ixtisas seçimi avqustun 27-dən sentyabrın 2-dək davam edib.

Qeyd edək ki, orta ixtisas təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se­çiminə qəbul imtahanında (hər iki mərhələ üzrə birlikdə) topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılır. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur. Ümumi (9 illik) orta təhsil səviyyəsini Azər­baycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər müsabiqədə tədris dili (Azərbaycan dili və ya rus dili), riyaziyyat və xarici dil fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinə qəbul olub (I mərhələdə) qeydiyyatdan keçməyən abituriyentlər, həmçinin müsabiqə şərtlərini ödəyən, lakin iyulun 24-dən avqustun 5-dək aparılan ixtisas seçimində iştirak etməyənlər də boş qalan plan yerlərinin müsabiqəsində iştirak edə biliblər.

Femida.az

Açar sözlər:

Oxunub: 301