“Qoca” ilə birgə həbs edilən şəxs Ali Məhkəməyə müraciət edib


16:09     04 Sentyabr 2019 qoca%20(1)0.jpg

Xüsusi təyinatlı vaqondan qaçan və saxlanılması üçün keçirilən əməliyyatda öldürülən “Qoca” ləqəbli Etibar Məmmədovla birgə həbs olunan Məhəmməd Heydərov Ali Məhkəməyə müraciət edib.


Femida.az-ın məlumatına görə, M. Heydərov şikayətində barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

Şikayət hakim Tahir Kazımovun icraatına verilib.

İşə yaxın günlərdə baxılacaq.

Qeyd edək ki, təqsirləndirilən M.Heydərov 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin qətlində şübhəli bilinərək həbs edilib. Onunla birgə tutulan "Qoca" ləqəbli Etibar Məmmədov məhkəmə dövründə xüsusi təyinatlı vaqondan qaçıb. E.Məmmədov əməliyyat zamanı polisə silahlı müqavimət göstərdiyi üçün məhv edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Heydərov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 482