"Facebook"da tanışlıq üçün yeni xidmət


09:57     06 Sentyabr 2019 19_09_06_1567749488.jpg

"Facebook" sosial şəbəkəsində "Dating" adlı yeni tanışlıq xidməti istifadəyə verilib.
Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, hələlik xidmətdən ABŞ, Latın Amerikası və Cənub-Şərqi Asiya ölkələrində yaşayan 18 yaşı tamam olmuş şəxslər istifadə edə bilərlər. Tanışlıq xidməti istifadəçi məlumatları əsasında profil sahibinin maraqlarına uyğun adamlar təqdim edir. 2020-ci ildə bu xidmətdən Avropa ölkələrində istifadə etmək mümkün olacaq.

Açar sözlər:

Oxunub: 408