Yırtıcı heyvanlar mal-qaranı parçalayıb


14:33     06 Sentyabr 2019 19_09_06_1567766193.jpg

Qubanın Küsnətqazma kəndində yırtıcı heyvanlar vətəndaşaların həyətyanı təsərrüfatına ziyan vurub.



Femida.az -ın verdiyi məlumata görə, son bir neçə gün ərzində naməlum yırtıcı 6 baş heyvanı parçalayıb, ikisini isə yaralayıb.

Vətəndaşlar ehtimal edirlər ki, heyvanlara hücum edən ayılardır. Onların sözlərinə görə, həm çöl şəraitində otlayan mal-qara, həm də həyətlərindəki inəklər vəhşi heyvanların hücumuna məruz qalıb. Kənd əhalisi son bir ayda bu kimi halların artdığını bildirib.

Faktla bağlı aidiyyatı dövlət qurumlarına müraciət olunub.

Açar sözlər:

Oxunub: 437